Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatına qələbə ilə başlayıb
Bakıda cüdo üzrə dünya çempionatına start verilib.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı dünya çempionatına qələbə ilə başlayıb.

Cüdoçumuz niderlandlı rəqibi Amber Gersjesə qalib gələrək növbəti mərhələyə adlayıb. İdmançımızın 1/16 finaldakı rəqibi avstraliyalı Karalina Hain olacaq.

Xəbər 905 dəfə oxundu.