Kiyevdə keçirilən şahmat turnirində Azərbaycan səfirliyi də təmsil olunub
Ukraynanın paytaxtı Kiyev şəhərində “Avropa idman həftəsi” çərçivəsində şahmat turniri keçirilib.

Avropa Komissiyasının və Ukraynanın Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçirilən şahmat turnirində xarici ölkələrin diplomatik nümayəndələri, nazirliklərin təmsilçiləri, bu ölkənin milli komandasının üzvləri, o cümlədən qrossmeysterlər Yuliya Osmak və Vladimir Balkan iştirak ediblər.

Turnirdə Azərbaycanı səfirliyin müşaviri Vüsal Süleymanov təmsil edib.

Yarış ukraynalı qrossmeysterlərin qələbəsi ilə başa çatıb.

AZƏRTAC

Xəbər 656 dəfə oxundu.