Bakı derbisində qalib gələn olmadı
Bu gün Azərbaycan kubokunda ilk yarımfinal oyunları baş tutub. İdman.com.az saytının məlumatına görə, paytaxtda keçirilmiş matçlarda finala vəsiqə uğrunda mübarizənin son mərhələsinə start verilib. “Bakı” indiyə kimi kubokda keçə bilmədiyi “Qarabağ”a yenə uduzub.

Bakı derbisində “İnter” öz meydanında “Neftçi” ilə görüşüb. Son 3 gündə 2-ci dəfə bayraqdarla üz-üzə gələn “bankçılar”, meydanı qolsuz tərk edib. Bu, komandaların mövsümdə ilk heç-heçəsi olub. Digər matçlarda 2 dəfə “İnter”, 2 dəfə də “Neftçi” qalib gəlib.

18 aprel. Azərbaycan kuboku
1/2 final, ilkin görüşlər

“Bakı” – “Qarabağ” - 0:1
Qol: Georgi Adamiya, 90
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası
Baş hakim: Fariz Yusifov

“İnter” – “Neftçi” - 0:0
Bakı. “Şəfa” stadionu
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Elman Musayev, Elvin Əsgərov

Xəbər 923 dəfə oxundu.