Bakıda “Azerbaijan International 2019” beynəlxalq badminton turniri keçiriləcək
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniridir.

Bakı həmin mötəbər yarışlardan birinin təşkili hüququnu qazanıb.

Beynəlxalq Badminton Federasiyasının 2019-cu il üçün təqvim planına daxil edilən turnir Bakı İdman Sarayında keçiriləcək.

“Azerbaijan International 2019” beynəlxalq turniri iyunun 6-dan 9-dək təşkil ediləcək.

Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir.

Olimpiya lisenziyalı yarış həm də Azərbaycanda badmintonun daha da populyarlaşmasında, inkişaf etməsində bir mərhələ olacaq, eləcə də gənclərin bu idman növünə üz tutmasında yeni səhifə açacaq.

AZƏRTAC

Xəbər 1265 dəfə oxundu.