Aleksandr Starkov “Bakı”nın oyununu izləyib
Ötən ay “Bakı”dan istefaya göndərilən Aleksandr Starkov paytaxtı o saat tərk etmədi. İdman.com.az saytının məlumatına görə, o, tez-tez keçmiş komandasının oyununu izləməyə gəldi. Bir müddət Bakıda olmayan latviyalı mütəxəssis yenidən Azərbaycana gəlib. Starkov bu gün ölkə kubokunda keçirilmiş “Bakı” – “Qarabağ” matçını canlı izləyib. O, həmişəki kimi paytaxta həyat yoldaşı ilə birgə gəlib. Onun səfərinin məqsədi barədə hələlik məlumat yoxdur.

Xəbər 1223 dəfə oxundu.