Masallıda yeniyetmələr və gənclər arasında cüdo üzrə rayon birinciliyi başa çatıb
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Cüdo Təlim Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş cüdo üzrə yeniyetmələr və gənclər arasında rayon birinciliyi başa çatıb.

İki gün davam edən yarışda 80 yeniyetmə və gənc 10 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Rayon birinciliyinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1185 dəfə oxundu.