Azərbaycanın U-17 millisi ukraynalı həmyaşıdları ilə qarşılaşacaq
Sentyabrın 17-də Kiyevdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının

təlim-məşq toplanışı başlayıb.

Milli komandamız sentyabrın 18-də və 20-də Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Hazırlıq prosesində Vüsal Şabanov (“Qəbələ”), Fərid Xasıyev (“Qarabağ”), Müşfiq Nadirov (“Qəbələ”), Nemət Musayev (“Sabah”), Emil Məmmədli (“Neftçi”), Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə (hamısı “Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Fərid Muxtarov (“Keşlə”), Veysəl Rzayev, Samir Məhərrəmli (hər ikisi “Qəbələ”), Cavidan Abbaszadə (“Sumqayıt”), Valeh Qəhrəmanlı (“Neftçi”), Rauf Məhərrəmov (“Qəbələ”), Emil Quluzadə (“Neftçi”), Camal Cəfərov (“Anji”), Emil Bayramov (“Obolon Brovar”), Samir Abdullayev (“Keşlə”) və Rüstəm Samiqullin (“Stroqino”) iştirak edirlər.

Xəbər 883 dəfə oxundu.