Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, mundialda baş məşqçi Faiq Qarayev 14 oyunçunun xidmətindən yararlanacaq.

Millimizin heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.

Qeyd edək ki, millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Xəbər 887 dəfə oxundu.