Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub
Bakıda Beynəlxalq Atletika Federasiyasının (BAF) dəstəyi ilə birinci dərəcəli lektorlar üçün beynəlxalq seminar keçirilib.

Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, tədbirə qatılan 15 iştirakçıdan 6-sı seminarın sonunda keçirilmiş imtahandan və seminar dövründə tələb olunan nəzəri və praktiki çalışmalardan uğurla keçib.

Seminarın nəticələri BAF-yə göndərilib. İmtahandan uğurla keçən iştirakçılar yığdıqları ballara uyğun olaraq lektor və ya assistant lektor sertifikatını alacaqlar. Bu kurs beynəlxalq federasiyanın qeydiyyat bazasında rəsmi olaraq təsdiqlənib.

Tədbirə qatılanlara BAF tərəfindən göndərilmiş iştirak sertifikatları verilib.

Xəbər 844 dəfə oxundu.