Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib
Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib.

Nüfuzlu yarışın püşkü sentyabrın 19-da “Hilton Baku” mehmanxanasında atılacaq. Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq.

Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00-da start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.

19 sentyabr

14:00. Fərdi və komanda yarışlarının püşkatması

20 sentyabr

Qadınlar 48 kq / Kişilər 60 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

21 sentyabr

Qadınlar 52 kq / Kişilər 66 kq

10:00. İlkin görüşlər

14:00. Açılış mərasimi

16:00. Final görüşləri

22 sentyabr

Qadınlar 57 kq / Kişilər 73 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

23 sentyabr

Qadınlar 63 kq / Kişilər 81 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

24 sentyabr

Qadınlar 70 kq / Kişilər 90 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

25 sentyabr

Qadınlar 78 kq / Kişilər 100 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

26 sentyabr

Qadınlar 78 kq-dan yuxarı / Kişilər 100 kq-dan yuxarı

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

27 sentyabr

09:00. Qarışıq komanda yarışları

Xəbər 752 dəfə oxundu.