Voleybol üzrə Azərbaycan yığması Kamerun millisi ilə qarşılaşacaq | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir. Bu gün millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirəcək. Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq. Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq. |
|
Xəbər 1090 dəfə oxundu. |
|
|