Azərbaycan-Kosovo oyununun hakimləri açıqlanıb
Futbol üzrə UEFA Millətlər Liqasının “D” divizionunda keçiriləcək Azərbaycan-Kosovo matçının hakimləri məlum olub.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona Harald Qronevik, Oskar İsaksen və Simon Ytterland kömək edəcəklərlər. Espen Andreas Eskas və Tom Harald Hagen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista matçın hakim-inspektoru, hollandiyalı Martin Sturkenbum isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 7-də keçiriləcək Azərbaycan-Kosovo matçı saat 20:00-da başlayacaq.


Xəbər 913 dəfə oxundu.