Gənc taekvondoçumuzdan qızıl medal
Rusiyada G1 kateqoriyalı beynəlxalq turnirə start verilib. Yarışda Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə Olimpiya komandası da dörd idmançı ilə təmsil olunur.

Baş məşqçi, Əməkdar məşqçi Məmməd Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun yetirmələri artıq yarışın ilk günündə aktivinə qızıl medal qazanıblar.

Qırx beş kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

H.Həsənlinin digər komanda yoldaşları Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq) və Minayə Əkbərova (46 kq) isə sentyabrın 4-də mübarizəyə qoşulacaqlar.

Xəbər 1415 dəfə oxundu.