“Qarabağ”ın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində irəliləyib
“Qarabağ” klubunun Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Moldovanın “Sherif” klubu üzərində 3:0 hesablı qələbəsi nəticəsində Azərbaycan UEFA reytinqində irəliləyib.

Azərbaycan aktivindəki xallarını 18,500-ə çatdırıb.

Aktivinə 0,250 xal əlavə edən Azərbaycan yenə 26-cı pillədə yer alıb. İsrail 18,625 xalla 25-ci pillədə, Polşa isə 19,250 xalla 22-ci yerdə gedir. Polşanın avrokuboklarda təmsilçisi qalmayıb. Beləliklə, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində xallar qazana bilsə, bu iki ölkəni də geridə qoymaq mümkün olacaq.

Xəbər 553 dəfə oxundu.