Qırğızıstanda keçiriləcək III Dünya Köçəri Oyunlarında Azərbaycan da təmsil olunacaq
Sentyabrın 2-dən 8-dək Qırğızıstanda, İssık-Kul gölünün sahillərində III Dünya Köçəri Oyunları keçiriləcək.

Oyunlarda etnoidmanın 37 növü üzrə yarışlar keçiriləcək. Bu yarışlarda 80 ölkədən 3 mindən artıq idmançı iştirak edəcək.

Yarışlarda Azərbaycan da geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq.

Bu idman bayramının açılış mərasimində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin dövlət başçılarının da iştirakı gözlənilir.

Xatırladaq ki, I Dünya Köçəri Oyunları 2014-cü ildə, II Oyunlar isə 2017-ci ildə İssık-Kulda keçirilib.

АZƏRTAC

Xəbər 961 dəfə oxundu.