Sumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş voleybol yarışı keçirilib
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Nəsimi adına mədəniyyət və istirahət parkında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə könüllülər arasında voleybol yarışı təşkil olunub.

Yarışın açılışında çıxış edən baş idarənin rəis əvəzi Mübariz Bəşirov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və əldə etdiyi tarixi nailiyyətlərdən danışıb.

Yarışda səkkiz komanda qalib adı uğrunda mübarizə aparıb.

Qalib komandalar Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal və fəxri fərmanları ilə təltif ediliblər.

Xəbər 918 dəfə oxundu.