Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsinin üç cavab görüşü oynanılacaq
Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adları bəlli olacaq.

Mərhələnin ilk günündə üç qarşılaşma oynanılacaq. Hər üç qarşılaşma Bakı ilə vaxtı saat 23:00-da başlayacaq.

“Dinamo Kiyev” doğma arenada “Ayaks” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk oyun 3:1 hesabı ilə Hollandiya təmsilçisinin xeyrinə başa çatmışdı.

Günün digər oyunu Zaqrebdə keçiriləcək. “Dinamo” klubu İsveçrənin “Yanq Boyz” komandasını qəbul edəcək. İsveçrədə baş tutan ilk oyun heç-heçə başa çatmışdı - 1:1.

Macarıstanın “Vidi” klubu Yunanıstan səfərində AEK komandasından ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İlk görüş yunanların 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Avqustun 29-da play-off mərhələsi çərçivəsində növbəti üç cavab qarşılaşması keçiriləcək:

PAOK – “Benfika” (ilk oyun – 1:1)

“PSV Eyndhoven” – BATE (3:2)

“Zalsburq” – “Çrvena Zvezda” (0:0).

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komandalar UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 699 dəfə oxundu.