Vətən Hüseynli: «Döyüşdən-döyüşə artırıram»
Lisenziya turnirində ikinci qələbəsini qazanan milil komandamızın boksçusu Vətən Hüseynli (81 kq) birinci döyüşə nisbətən, ikinci qarşılaşmada daha yaxşı təsir bağışlıb. İdman.com.az saytı xəbər verir ki, boks federasiyanın əməkdaşı ilə söhbətdə, o, növbəti görüşqdə daha yaxşı çıxış edəcəyini:

«Birinci görüşdə daha çox yorulmuşdum. Bu dəfə 3-cü raundun sonlarına doğru müəyyən yorğunluq oldu. Döyüşdən-döyüşə irəliləyiş müşayət olunur. Ümidvaram ki, 1/4 finalda daha yaxşı çıxış edəcəm. Fransalı Bouheniya ilə indiyə kimi döyüşməmişəm. Amma WSB liqasında mübarizə apardığını bilirəm. Çalışacam ki, qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanım».

Xəbər 1254 dəfə oxundu.