Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq yarışda 1 qızıl və 2 bürünc medal qazanıblar
Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda kişi boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Çeçenistan Respublikasının sabiq prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. O, finalda hindistanlı Kumar Satişi 3:2 hesabı ilə məğlub edib.

Digər boksçularımızdan Araz İmaməliyev (52 kq) və Cəbrayıl Yelikov (81 kq) üçüncü yeri tutublar.

Yığmamız komanda hesabında dördüncü yerdə qərarlaşıb. İlk pilləyə beş qızıl, altı gümüş və yeddi bürünc medal qazanan Rusiya sahib olub.

Qeyd edək ki, turnirdə 17 ölkədən 105 boksçu qüvvəsini sınayıb.

Xəbər 1382 dəfə oxundu.