Azərbaycan voleybolçuları beynəlxalq turnirdə iştirak edirlər
Avqustun 24-də Azərbaycanın voleybolçu qadınlardan ibarət yığma komandası Antalyaya yola düşüb. Yığmamız orada keçirilən “Gloria Cup” beynəlxalq turnirində iştirak edir.

Bizim yığmanın rəqibləri İtaliya, Türkiyə və Rusiya komandaları olacaq. Birinci matçda Azərbaycan yığması Türkiyə komandasına 0:3 hesabı ilə uduzub. Bu gün keçirilən digər matçda Rusiya və İtaliya yığmaları qarşılaşıblar. Bu görüşdə rusiyalılar 3:1 hesabı ilə qalib gəliblər.

Turnir avqustun 25-də başa çatacaq, ertəsi gün Faiq Qarayevin yetirmələri Sloveniyaya- dünya çempionatına hazırlığın daha bir mərhələsinə yola düşəcəklər.

Xəbər 1185 dəfə oxundu.