“Sumqayıt” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümündə iddialı çıxış etmək istəyən “Sumqayıt” klubu daha bir futbolçunu transfer edib.

Son olaraq Hollandiyanın “MMV-Maastrixt” klubunda çıxış etmiş Azərbaycan əsilli hücumçu Atilla Yıldırımla müqavilə imzalanıb. Yıldırım yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Atilla Yıldırım “MMV-Maastrixt” (29 oyun, 8 qol) klubundan başqa, “Utrext” (2 oyun, 1 qol), “Kasımpaşa” (18 oyun, 4 qol), “Konyaspor” (20 oyun, 1 qol), “Bucaspor” (17 oyun 1 qol), “Şanlıurfaspor” (7 oyun, 2 qol), “Elazığspor” (8 oyun, 1 qol), “Kocaeli Birlikspor” (12 oyun), “Sivas Bələdiyəspor” (30 oyun, 11 qol) və “Nazilli Bələdiyəspor” (18 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

Xəbər 988 dəfə oxundu.