Azərbaycan batutçuları Batumidə keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar
Batutçularımız Batumidə keçirilən “Ajara Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, 15-16 yaşlı gimnastların yarışında Selcan Maqsudova 85,100 xalla gümüş medalın sahibi olub.

Həmçinin 11-12 yaşlı oğlanların yarışında isə Hüseyn Abbasov qızıl (89,675 xal), Maqsud Maqsudov bürünc (82,965 xal) medallara layiq görülüblər.

Xəbər 823 dəfə oxundu.