Qaxda sərbəst güləş üzrə turnirə yekun vurulub
Qax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə şəhərlərarası turnirə yekun vurulub.

Yarışda Gəncə, Yevlax və Mingəçevir şəhərlərini, həmçinin Ağdam, Şəki, Oğuz, Zaqatala və Qax rayonlarını təmsil edən 200-dən çox yeniyetmə güləşçi qüvvəsini sınayıb. İdmançılar iki yaş qrupu üzrə 11 çəki dərəcəsində mübarizə aparıblar.

Rayon Gənclər və İdman İdarəsi, Olimpiya İdman Kompleksi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən xatirə turnirinin yekununda hər çəki dərəcəsi üzrə fərqlənən idmançılar mükafatlandırılıblar.

Xəbər 1183 dəfə oxundu.