Azərbaycan döyüşçüsü Zabit Səmədov sabah növbəti rəqibi ilə görüşəcək
Azərbaycanın K-1döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Zabit Səmədov növbəti döyüşündə muay-tay üzrə Fransa çempionu Bris Quidon ilə qarşılaşacaq.

Avqustun 16-da Qroznıda Çeçenistan Respublikasının birinci Prezidenti Hacı Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq üzrə turnir keçiriləcək.

Zabit Səmədovun rəqibi fransalı K-1 döyüşçüsü Bris Quidon olacaq.

Xəbər 1082 dəfə oxundu.