Balaca və yeniyetmə gimnastların komanda yarışlarında qaliblər müəyyənləşib
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində qrup hərəkətləri yarışlarında qalib və mükafatçılar müəyyənləşib.

Çoxnövçülük üzrə alətsiz və topla hərəkətlərin ümumi cəminə görə balaca gimnastlardan (2008-2010-cu il təvəllüdlü) ibarət "Ocaq 1" komandası 23,400 xalla birinci yeri tutub. "Ocaq 2" komandası 20,600 xalla ikinci, "Bakı Gimnastika Məktəbi (BGM ) 1" komandası isə 19,300 xalla üçüncü olub.

Yeniyetmələrdən (2006-2007-ci il təvəllüdlü) ibarət komandaların lentlə mübarizəsində isə “Ocaq 1” (8,250 xal), “BGM 3” (7,450 xal) və “Ocaq 2” (6 xal) kollektivləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara layiq görülüblər.

Milli Gimnastika Arenasında gənc gimnastlar (2003-2005-ci il təvəllüdlü) arasında halqa, top, gürzlər və lentlə hərəkətlərdə fərdi proqram üzrə final yarışlarına start verilib.

Xəbər 1073 dəfə oxundu.