UEFA-nın Pro kateqoriyalı məşqçi kursuna start verilib
Avqustun 9-da AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursuna start verilib.

Avqustun 11-dək davam edəcək kursda futbol üzrə Rusiyada keçirilən XXI dünya çempionatının oyunları təhlil olunacaq.

UEFA-nın tövsiyəsi ilə keçirilən kurs AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimov tərəfindən aparılır. Bu modulun yekunları kursda təhsil alan məşqçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinə təsir göstərməyəcək.

Kursa əksəriyyəti baş məşqçi olan 11 nəfər cəlb edilib.

Xəbər 577 dəfə oxundu.