Araz “Panionios”la hazırlığı ABŞ-a keçəcək
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev mövsümlərarası fasiləni ABŞ-da keçirə bilər. Apasport.az saytının məlumatına görə, buna 20 yaşlı futbolçunun çıxış etdiyi Yunanıstanın “Panionios” klubunun planları səbəb olub.

Belə ki, Superliqa təmsilçisi yay fasiləsində okeanın o tayında hazırlıq keçmək təklifi alıb. Artıq məsələnin detalları müzakirə olunur. Hələlik yeganə problem kimi sınaqçı rəqiblərin olmamağı göstərilir. Lakin bu istiqamətdə də danışıqlar aparılır.

Xəbər 1062 dəfə oxundu.