Cennifer Lopesin oxuyacağı baş arenada biletlər satışa çıxarılıb
17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin açılış mərasimi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İdman.com.az saytının məlumatına görə, “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) açılış mərasimini həmin vaxta təmirdən çıxan mərkəzi arenamızda təşkil edəcək. Dünya şöhrətli müğənni Cennifer Lopes sentyabrın 22-də orada çıxış edəcək və bu, onun ölkəmizdə ilk çıxışı olacaq.

Açılış mərasiminin biletləri bu gündən çempionatın http://www.fifa.com/Azerbaijan2012 rəsmi internet səhifəsindən əldə oluna biləcək. Azərbaycanın idman sahəsində ilk dəfə olaraq onlayn bilet satışı ilə bağlı məlumat mərkəzi yaradılıb. Ətraflı məlumat üçün +994 55 515 20 12 (mobil), +99412 480 36 90 (şəhər) nömrələrinə və tickets2012@affa.az elektron ünvanına müraciət etmək olar. Bilet satışı ilə bağlı video anonsa saytımızda yerləşdirilən xüsusi keçid vasitəsilə, həmçinin affavideo.az saytına daxil olmaqla baxmaq mümkündür.

Qeyd edək ki, “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin ilk bileti bu il martın 19-da keçirilmiş Novruz bayramı tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunmuşdu.

Xəbər 1072 dəfə oxundu.