“Zirə” klubu serbiyalı futbolçunu transfer edib
“Zirə” futbol klubu yay fasiləsində daha bir transfer reallaşdırıb.

Paytaxt komandası serbiyalı müdafiəçi Miloş Radivoyeviç ilə bir illik müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı futbolçu sonuncu dəfə İsrailin “Hapoel İroni" (Kiryat-Şimona) klubunda çıxış edib. O, daha əvvəl Serbiyanın “Sindeliç”, “Borça”, “İnciya”, “Vozdovaç”, “Radinski” və “Rad” komandalarında forma geyib.

Xəbər 721 dəfə oxundu.