“Qarabağ”–“Kukesi” oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” bu gün Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 21:00-da canlı yayımlanacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko, Erik Veiss kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Hrçka yerinə yetirəcək.

Xəbər 667 dəfə oxundu.