Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub | |
Şəhriyar Məmmədyarov İsveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. Partiyanın doqquzuncu turunda 57-ci gedişdə Məmmədyarov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb. Matt & Patt saytının məlumatına görə, 56-cı gedişdə Karlsenin buraxdığı böyük səhv ona baha başa gəlib. Saytın yazdığına görə, Məmmədyarov son 10 ildə ilk dəfədir ki, Karlseni klassik şahmatda məğlub edib. 7 xala yiyələnən Şəhriyar Məmmədyarov Karlseni 2 xalla üstələyərək turnirin qalibi olub. “Mən fantastik turnirin qalibi olması münasibətilə Şəhriyarı təbrik edirəm”, - deyə norveçli dünya çempionu Matt & Patt saytına müsahibəsində bildirib. Karlsen əlavə olaraq deyib ki, sona yaxın təşəbbüsü ələ almaq üçün imkanları oldu, lakin iki böyük səhvi hər şeyi alt-üst etdi. Matt & Patt saytının yazdığına görə, qələbədən sonra Şəhriyar Məmmədyarov rəqibinin oyununu qiymətləndirib, bildirib ki, Maqnus çox riskli oynayıb. Turnirin digər oyunçularının xalları belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5). Yarışın son turu avqustun 1-də keçiriləcək. |
|
Xəbər 497 dəfə oxundu. |
|
|