Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar
Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar.

Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.

“Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir.

Üçüncü tur sentyabr ayında keçiriləcək.

Xəbər 703 dəfə oxundu.