Azərbaycan idmançısı Zaqrebdə keçirilən cüdo üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 326 kişi və 182 qadın olmaqla, ümumilikdə, 508 cüdoçunun qüvvəsini sınadığı yarışda Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

Xəbər 917 dəfə oxundu.