“Qarabağ”–“Kukesi” oyununa hakim təyinatı açıqlanıb
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ”–“Kukesi” (Albaniya) qarşılaşmasına hakim təyinatı açıqlanıb.

Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Peter Kralovic olacaq. Ona həmyerliləri Miroslav Benko və Erik Veiss kömək edəcəklər. Dördüncü hakim funksiyasını Patrik Hrcka yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”–“Kukesi” oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.


Xəbər 886 dəfə oxundu.