Azərbaycanda səfərdə olan rusiyalı gənclərlə görüş keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti gənclər və idman nazirinin müavini İntiqam Babayev ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib.

Nümayəndə heyətinin üzvləri səfər barədə təəssüratlarını bölüşüblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin adından xatirə hədiyyələri təqdim edilib.

Xəbər 827 dəfə oxundu.