Qarayev Çexiyada keçirilən turnirdə ilk 30-luğa yüksəlib
Pardubitsedə (Çexiya) keçirilən 30-cu ənənəvi beynəlxalq “Сzech Open 2018” turnirində yeddinci turun oyunları keçirilib.

Kənan Qarayev Azərbaycan şahmatçıları arasında hələlik ən yaxşı nəticə göstərir. Yeddinci turda hindistanlı rəqibi D.Qukeşi məğlub etmiş Kənan Qarayev bu turdan sonra 5 xal toplayaraq 29-cu yeri tutur. Aydın Süleymanlının 4 xalı, Ülviyyə Fətəliyevanın 3 xalı var.

Qeyd edək ki, 38 ölkədən 238 şahmatçının, o cümlədən 49 qrossmeysterin iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən “Сzech Open 2018” turniri 9 turdan ibarət olacaq.

Yarışın qalibləri bu gün elan ediləcəklər.

Xəbər 909 dəfə oxundu.