Topaz Premyer Liqasının püşkü atılıb | |
İyulun 27-də Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün püşkü atılıb. Püşkatmanın nəticələrinə əsasən 27-ci ölkə çempionatının ilk turunda sonuncu çempion “Qarabağ” klubu “Zirə” komandası ilə qarşılaşacaq. “Qəbələ” doğma meydanda “Səbail”, “Keşlə” isə “Sabah” klubu ilə üz-üzə gələcək. “Sumqayıt” komandası isə “Neftçi” klubunu qəbul edəcək. Topaz Premyer Liqasının birinci turunun görüşləri avqustun 11-də və 12-də keçiriləcək. |
|
Xəbər 863 dəfə oxundu. |
|
|