Qadın sablyaçılardan ibarət Azərbaycan millisi dünya çempionatını on üçüncü pillədə başa vurub
İyulun 26-da Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatında qadınlar arasında sablya yarışlarına start verilib.

Səbinə Kərimova, Sevil və Sevinc Bünyatovadan ibarət milli komandamız ilk mərhələdə Tailand millisinə 45:37 hesabı ilə qalib gəlib. Komandamız ilk səkkizliyə düşmək uğrunda görüşdə İtaliya millisinə 34:45 hesabı ilə uduzub. Ardınca qadın sablyaçılarımız ən güclü 12 komanda arasında yer almaq uğrunda görüşdə Yaponiya yığmasına 34:45 hesabı ilə məğlub olub. 13-14-cü yerlər uğrunda görüşlərdə ilk olaraq Honkonqa 45:29 hesabı ilə qalib gələn yığmamız sonuncu qarşılaşmasında İrana 45:36 hesabı ilə qalib gələrək turniri 13-cü sırada başa vurub.

Xəbər 999 dəfə oxundu.