Boksçularımız Ukraynada iki gümüş medal qazanıblar
Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir başa çatıb.

Yarışda Azərbaycan yığması da mübarizə aparıb.

Millimiz Semyon Trestinin xatirəsinə həsr olunan “A” kateqoriyalı turnirdə 2 gümüş medala yiyələnib.

Boksçularımızdan Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışda 15 ölkədən 135 idmançısı qüvvəsini sınayıb.

Xəbər 1119 dəfə oxundu.