I divizionun 11 iştirakçısı dəqiqləşdi: 3 yerə 4 iddiaçı
Futbol üzrə I divizionda iştirak edəcək 11 komandanın adına aydınlıq gəlib. Premyer Liqa klublarının 8 əvəzedici heyəti ilə yanaşı, I divizion təmsilçilərindən 3-nün iştirakı dəqiqləşib.

Belə ki, ötən mövsüm elitada sonuncu yeri tutan “Kəpəz”lə yanaşı, “Zaqatala” və MOİK 2018-19 mövsümündə I divizionda mübarizə aparacaq.

Onlara kimin qoşulacağı isə qeyri-müəyyəndi. Məsələ burasındadı ki, 4 komanda – “Ağsu”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Şüvəlan” buna iddialıdılar. Aşağı liqa çempionatını 14 komandanın iştirakı ilə keçirməyi planlaşdıran Peşəkar Futbol Liqası (PFL) adıçəkilən 4 klubdan ən yaxşı halda 3-nə müsbət cavab verə biləcək.

Bundan əlavə, ötən mövsüm I divizionda iştirak etmiş “Xəzər”, “Binə” və “Mil-Muğan” bu dəfə yarışa qatılmayacaqlar.

Apasport.az

Xəbər 671 dəfə oxundu.