Azərbaycan şahmatçıları Çexiyadakı turnirdə heç-heçə oynayıblar
Pardubitsedə keçirilən və Azərbaycan şahmatçılarının da iştirak etdikləri “Czech Open - 2018” XXX ənənəvi beynəlxalq turnirdə beşinci turun partiyaları oynanılıb.

Azərbaycanlı şahmatçı Kənan Qarayevin hindistanlı Mişra Svayams ilə görüşü heç-heçə nəticələnib. Hesabında 3,5 xal olan şahmatçımız liderdən 1,5 xal geri qalır.

Turnirdə 3 xal toplayan digər həmyerlimiz Aydın Süleymanlının slovakiyalı Qal Drnovşek ilə partiyasında da qalibi müəyyən etmək mümkün olmayıb.

Ülviyə Fətəliyeva isə Hindistan şahmatçısı Nutanka Priyankaya məğlub olub. Onun hesabında 1,5 xal var.

Qeyd edək ki, 38 ölkədən 238 şahmatçının, o cümlədən 49 qrossmeysterin iştirak etdiyi “Czech Open - 2018” turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

Yarışların qalibləri iyulun 27-də məlum olacaq.

Xəbər 491 dəfə oxundu.