Azərbaycan cüdoçuları Xorvatiya Qran-Prisində iştirak edəcəklər
Cüdo üzrə Azərbaycan milli komandası iyulun 27-dən 29-dək Zaqrebdə keçiriləcək Qran-Pri yarışlarında iştirak edəcək.

Komandanın heyətində Vüqar Şirinli, Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elxan Məmmədov, Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (+100 kq) və İrina Kindzerskaya (78 kq) yer alıblar.

Qran-Pridə 81 ölkədən 573 idmançı mübarizə aparacaq.

Xəbər 699 dəfə oxundu.