Elvin İsayev: Keleşdən revanş almaq istəyirəm
Boks üzrə milli komandamızın üzvü Elvin İsayevin (60 kq) Avropa olimpiya təsnifat turnirində ikinci rəqibi yerli boksçu Fateh Kələş olacaq. İdman.com.az saytının məlumatına görə, yeniyetmələrin ilk olimpiya oyunlarının mükafatçısı bu döyüşdə qalib gəlmək üçün əlindən gələni edəcəyini söyləyib:

“İlk qarşılaşmada rəqibim rumıniyalı Çiçeryanu idi. Birinci raundda rəqibim bir qədər ciddi müqavimət göstərdi. Amma ikinci, üçüncü hissdə üstünlüyü ələ alıb qalib gəldim. İkinci görüçdə Türkiyə boksçusu Fatih Keleşlə qarşılaşacam. Ötən il Avropa çempionatında da onunla üz-üzə gəlmişdim.

O zaman üstünlük mənim tərəfimdə olsa da, hakimlər qələbi 1 xalla ona vermişdilər. Bu dəfə də yerli boksçu ilə görüşəcəm deyə, çətin olcaq. Amma bu mənim üçün revanşdır. Qələbə qazanmaq üçün var-güclə mübarizə apacam”.

Xəbər 1710 dəfə oxundu.