Azərbaycan idmançısı stolüstü tennis üzrə Avropa çempionu olub
Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı başa çatıb.

44 ölkədən idmançıların iştirak etdikləri çempionatda Azərbaycan millisinin üzvü Ning Jing şəxsi oyunlarda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

Beləliklə, idmançımız ikinci dəfə gənclər arasında Avropa çempionu titulunu qoruyub.

Xəbər 1151 dəfə oxundu.