Yığmamızın təlim-məşq toplanışı olacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Bu barədə AFFA məlumat yayıb.

Məlumatda bildirilir ki, toplanış aprelin 18-dən 26-a qədər Bakı şəhərində keçiriləcək. Toplanışa dəvət olunacaq futbolçuların siyahısı sonra yaxın vaxtlarda açıqlanacaq.

Xəbər 908 dəfə oxundu.