Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşa yığmasına qalib gəlib
Moskvada təşkil edilən Avropa Liqası (Euro Beach Soccer League) turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası sonuncu oyununu keçirib.

Polşa yığması ilə qarşılaşan komandamız 9:6 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində Rüfət Məmmədov 4, İlkin Hacıyev 3, Sabir Allahquliyev 2 qol vurub.

Xəbər 848 dəfə oxundu.