Azərbaycan futbol ailəsinin 25001-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 25 min nəfəri keçib.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 25001-ci üzvü 1999-cu il təvəllüdlü Nuranə Qafil qızı Əskərzadədi. O, İmişlinin “MKT-Araz” klubunun müvafiq yaş qrupundan ibarət komandasının heyətində AFFA tərəfindən təşkil olunmuş U-15 qızlar Liqasında çıxış edir

Xəbər 950 dəfə oxundu.