Çimərlik futbolu üzrə millimiz bu gün Avropa Liqasında mübarizəyə başlayacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Moskvada təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edir.

Millimiz bu gün Rusiya yığması ilə qarşılaşacaq.

Seçməmiz iyulun 21-də və 22-də müvafiq olaraq İsveçrə və Polşa yığma komandaları ilə üz-üzə gələcək.

Millimizin heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Hüseyn Axundov, Rüfət Məmmədov, Sabir Allahquliyev və Əbdül Əliyev yer alıblar.

Xəbər 740 dəfə oxundu.