Avstraliya millisi Bakı mundialında 11 cüdoçu ilə çıxış edəcək
Avstraliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı mundialında 11 avstraliyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Brayn Jolli (60 kq), Natan Katz (66 kq), Kalvin Knoester (73 kq), Eoin Kouqlan (81 kq), Harrison Kassar (90 kq) və Liam Park (100 kq-dan yuxarı) şans verəcək.

Qadınların mübarizəsində isə Karolina Hain (48 kq), Tinka Easton (52 kq), Katarina Heker (63 kq), Aoife Kouqlan (70 kq) və Melanie Vallis (78 kq) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Xəbər 731 dəfə oxundu.