Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib | |
Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib. Yarışın ilk günündə 2 boksçumuz – Vətən Hüseynli (81 kq) və Elvin İsayev rinqə çıxıb. Hüseynli İspaniya idmançısı Abner Lloverasla döyüşdı ilk raundu 2 xal fərqlə öndə qapayıb. İkinci raundda hər iki boksçunun 4 dəqiq zərbəsi qeydə alınıb. Yekunda boksçumuz 17:14 hesabı ilə qələbə qazanıb. Həmyerlimiz növbəti mərhələdə erməni Artur Xaçatryanı məğlub etmiş polşalı Mateuş Triçlə qarşılaşacaq. Elvin İsayev Trabzonda ilk döyüşünü Rumıniya təmsilçisi Aleksandru Çiçeryanunu mübarizədən kənarlaşdırıb. Hər 3 raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, turnirdə İsayev və Hüseynli ilə yanaşı, daha 3 boksçumuz qüvvəsini sınayır. |
|
Xəbər 1226 dəfə oxundu. |
|
|